main-post-cover

    Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək

    Cihazlar+
    13.10.2021
    Farid Pardashunas
        Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq niyyətindədir. Bunun üçün şirkət Exynos prosessorları ilə təchiz olunan smartfon modellərinin sayını daha da artıracaq. Məlumata əsasən Samsung smartfonlarının yalnız 20%-i Exynos prosessorları ilə təchiz olunur. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2019-cu ildə bu göstərici 10% idi. Yeni məlumata əsasən isə şirkət öz smartfonlarının 50-60%-ni Exynos prosessorları ilə təchiz etməyi hədəfləyib.
        Bu göstəricinin nə zaman əldə olunacağı barədə məlumat verilməyib. Lakin məlumatda qeyd edilib ki, Samsung öz istehsalat güclərini artırmağa başlayıb. Burdan da belə qənaətə gəlmək olar ki, Qualcomm MediaTek prosessorlarına sahib Samsung smartfonlarının sayı azalacaq. İnsayderlər həmçinin bildiriblər ki, Samsung mobil bazardakı liderliyini əldən vermək niyyətində deyil. Artıq bu ildən başlayaraq şirkət istehsal olunan smartfonlarının sayını 50-60 milyon yüksəltməyi planlaşdırır.
        Ümumilikdə şirkət il ərzində istehsal olunan 320 milyon ədəd smartfon göstəricisinə hədəflənib. Bu cür göstəricini qatlana bilən smartfonların istehsalı sayəsində əldə etmək olar. Belə ki, bütün dünyada bu cür smartfonların məşhurluqları getdikcə artır. Onu da qeyd etmək lazımdır ki, Samsung AMD ilə xüsusi müqavilə bağlayıb və bu müqavilə çərçivəsində AMD şirkəti Exynos 2200 flaqman prosessoru üçün qrafik çip hazırlamalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər