main-post-cover

    Samsung Galaxy Z Flip 5-in texniki özəllikləri insayderlər tərəfindən təsdiqlənib

    Cihazlar+
    07.06.2023
    Farid Pardashunas
        Samsung-un yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu dəfə insayderlər Galaxy Z Flip 5-in texniki özəllikləri barəsində məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Galaxy Z Flip 5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 6.7 düym daxili AMOLED HD keyfiyyətli 3.4 düym xarici AMOLED ekran ilə təchiz olunacaq.
        Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edəcək. Bununla yanaşı smartfon özündə 12 MP + 12 MP ikili arxa kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 3700 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Artıq məlumdur ki, şirkət öz yeni qatlana bilən smartfonlarını iyul ayının sonunda keçiriləcək Galaxy Unpacked tədbirində təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər