
Galaxy S23 smartfon seriyasının bir neçə müddət bundan öncə satışa çıxmasına baxmayaraq insayderlər artıq Galaxy S24 seriyası barəsində məlumat verməyə başlayıblar. Belə ki, internetdə Galaxy S24 Ultra modeli barəsində bəzi məlumatlar ortaya çıxıb. İnsayderlər bildiriblər ki, Galaxy S24 Ultra smartfonu yenilənmiş ekran ilə təchiz olunacaq və onun ekranı 144 Hz-lik adaptiv təsvir yenilənməsi özəlliyini dəstəkləyəcək. Bununla yanaşı smartfon peyk şəbəkəsi funksiyasını əldə edəcək. Prosessor məsələsinə gəldikdə isə smartfon Snapdragon 8 Gen 3 vasitəsilə çalışacaq. Ümumiyyətlə böyük ehtimal ilə Galaxy S24 modellərinin hamısı Snapdragon 8 Gen 3-ün sürətləndirilmiş versiyası olacaq Snapdragon 8 Gen 3 for Galaxy ilə təchiz olunacaqlar. Galaxy S24 smartfon seriyasının gələn ilin əvvəlində təqdim ediləcəyi gözlənilir.