Samsung Galaxy S24 smartfonları hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcəklər?

Samsung Galaxy S24 smartfonları hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcəklər?

Mobil Cihazlar
15.09.2023 PAYLAŞIM

    Samsung Galaxy S24 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə bu seriyanın smartfonları Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıblar. Bunun sayəsində Galaxy S24 smartfonlarının hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəkləri məlum olub.

    Beləliklə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasına əsasən Galaxy S24 smartfonları Galaxy S23 modellərinin dəstəklədikləri sürətli şarj texnologiyasını əldə edəcəklər. Yəni Galaxy S24 modeli 25 vatt, Galaxy S24+Galaxy S24 Ultra isə 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaqlar. Batareya həcmlərinə gəldikdə isə smartfonlar 4000-5000 mAh enerji tutumlu batareyaları əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının təqdimatı gələn ilin əvvəlində baş tutmalıdır.




DAHA ÇOX


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..


Məşhur insayder Xiaomi 14 Pro-nun kameraları barəsində məlumat verib

Yaxın zamanda təqdim ediləcək Xiaomi 14 smartfon seriyasına daxil olacaq Xiaomi 14 Pro modeli Snapdr..


Məşhur analitik iPhone 15 Pro modellərinin qızmalarının əsl səbəbini açıqlayıb..

Bugün ərzində biz xəbər verdik ki, iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonları güclü qızma probl..


Xiaomi 14 Pro-nun render fotoları təqdim edilib

TechGoing saytı hələ təqdim edilməmiş Xiaomi 14 Pro flaqman smartfonunun qoruyucu keys daxilində əks..


Yeni Samsung Galaxy Fan Edition cihazlarının nə zaman təqdim olunacaqları məlum ..

Samsung şirkətinin yaxın zamanda özünün Galaxy Fan Edition (FE) cihazlarını təqdim edəcəyi gözlənili..


Bütün iPhone 16 smartfonları sensorlu yeni idarəetmə elementini əldə edə bilərlə..

iPhone 15 smartfon seriyasının təqdimatından öncə məlumat ortaya çıxmışdı ki, iPhone 15 Pro modellər..

×