main-post-cover

    Samsung Galaxy S23 Ultra-nın əsas arxa kamerası barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    02.12.2022
    Farid Pardashunas
        Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim ediləcək Galaxy S23 Ultra smartfonunun əsas arxa kamerası barəsində yeni məlumatlar verib. Qeyd etmək lazımdır ki, Galaxy S23 Ultra smartfnu 200 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. İnsayder bildirib ki, Samsung sözügedən kamera obyektivini eksklüziv olaraq Galaxy S23 Ultra üçün hazırlayır və o, şirkətin digər 200 MP-lik kamera sensorları olan ISOCELL HP1 HP3 ilə eyni siyahıya daxil olacaq. Məlumatda qeyd edilib ki, eksklüziv olaraq Galaxy S23 Ultra üçün hazırlanan 200 MP-lik kamera obyektivi 12240x16320 piksel keyfiyyətində fotolar çəkə biləcək. Az işıqlandırılmış mühitdə isə fotoların keyfiyyətləri 6120x8160 piksel təşkil edəcək. Standart rejimdə sözügedən kamera obyektivi 12 MP-lik keyfiyyətə (3000x4000 piksel keyfiyyəti) sahib fotolar çəkə biləcək. Flaqman smartfonda olacaq 200 MP-lik kamera obyektivində piksel ölçüsü 0.6 mikrometr, diafraqma isə f/1.7 təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər