Samsung Galaxy S23 FE-nin texniki göstəriciləri ilə bağlı növbəti məlumatlar təqdim edilib

Samsung Galaxy S23 FE-nin texniki göstəriciləri ilə bağlı növbəti məlumatlar təqdim edilib

Mobil Cihazlar
19.09.2023 PAYLAŞIM

    Hələ təqdim olunmamış Samsung Galaxy S23 FE smartfonu barəsində daha çox məlumat ortaya çıxır. Dünən sözügedən smartfonun yeni fotosu təqdim edilmişdi. İndi isə My Drivers saytı Galaxy S23 FE-nin texniki göstəriciləri barəsində məlumatlar verib. Beləliklə verilmiş məlumatlara əsasən Galaxy S23 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.3 düym ekranla təchiz olunacaq.

    Smartfon satışa çıxacağı regiondan asılı olaraq iki müxtəlif prosessora sahib ola bilər. Yəni smartfon Şimali Amerika bazarı üçün Snapdragon 8 Gen 1-i, digər bazarlar üçün isə Exynos 2200-ı əldə edə bilər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Galaxy S23 FE özündə 8 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini, 50 MP + 12 MP + 8 MP üçlü arxa kameranı və 10 MP-lik ön kameranı birləşdirəcək. Batareya həcminə gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahib olmalıdır.




DAHA ÇOX


Redmi K70 barəsində yeni məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi ..


iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?

iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone ..


Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

Xiaomi qlobal bazarda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim edib.


Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb..

Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetd..


Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində m..


Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb

Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamç..

×