Samsung Galaxy S21 smartfonlarının qiymətləri sızdırılıb

Samsung Galaxy S21 smartfonlarının qiymətləri sızdırılıb

Mobil Cihazlar
08.01.2021 PAYLAŞIM

    Galaxy S21 flaqman smartfon seriyasının təqdimatına az qalmış internetdə bu seriyaya daxil olacaq modellərin satış qiymətləri ortaya çıxıb. Galaxy S21 modellərinin qiymətləri Belçikanın mobil operatorunun saytında təqdim lunub. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə Belçikanın Voo adlı mobil operatorunun saytında sözügedən smartfonların həm müqavilə əsasında həm də müqaviləsiz satış qiymətləri təqdim olunub.

    Fotolardan da görmək olar ki, müqaviləsiz şəkildə Galaxy S21 modeli 849 avroya, Galaxy S21+ modeli 1049 avroya, Galaxy S21 Ultra modeli isə 1399 avroya satılacaq. Qeyd etmək lazımdır ki, qeyd edilmiş qiymət göstəriciləri smartfonların 128 GB-lıq daxili yaddaş həcmli versiyalarına aiddir. Bundan əlavə olaraq bir maraqlı fakt ondan ibarətdir ki, Galaxy S21 ilə Galaxy S21+ modellərinin qiymətləri Galaxy S20 ilə Galaxy S20+ modellərinin ilkin satış qymətlərindən bir qədər aşağıdır. Samsung Galaxy S21 smartfon seriyası 14 yanvar tarixində təqdim olunacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple qatlanan smartfonla birlikdə son zamanlar trend olan texnologiyaya sahib i..

Bloomberg saytının redaktoru Mark Gurman Apple şirkətinin yaxın gələcəkdə olacaq məhsulları barəsind..


Apple bu ilki iPhone modellərində köhnə adlandırma sistemindən istifadə edə bilə..

iPhone 12 smartfon seriyasında Apple şirkəti bir növ keçmişə qayıtmış oldu. Belə ki, şirkət bu smart..


Məşhur analitik: Apple iPhone-lar üçün maye soyutma texnologiyası üzərində çalış..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin yeni texnologiyası barəsində məlumat verib.


Samsung Galaxy S21 flaqman smartfon seriyası təqdim olunub - QİYMƏTİ

Samsung şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində Galaxy S21, S21+ və S21 Ultra smartfonlarını tə..


Samsung Galaxy S21 təqdim olunur - CANLI YAYIM

Samsung Galaxy S21 qiyməti və haqqında məlumat


Huawei P50 flaqman smartfon seriyası 2 əməliyyat sisteminə sahib ola bilər

Son zamanlar Huawei P50 smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. ..

×