main-post-cover

    Samsung Galaxy S21-də Bixby vasitəsilə yeni biometrik autentifikasiya sistemi reallaşdırılacaq

    Cihazlar+
    26.11.2020
    Farid Pardashunas
        Ənənəvi PIN koda alternativ olaraq smartfon istehsalçıları öz cihazlarında barmaq izi və üz skanı kimi biometrik autentifikasiya texnologiyalaını reallaşdırırlar. İnsayderlərin verdikləri məlumata əsasən yaxın gələcəkdə bu siyahını daha bir maraqlı autentifikasiya üsulu genişləndirəcək. Söhbət, istifadəçinin səsinin skanı texnologiyasından gedir. Məlumata əsasən bu özəllik gələn il təqdim olunacaq Galaxy S21-də reallaşdırılacaq. Bu barədə 9to5google saytı xəbər verib.
        İnsayderlər xəbər veriblər ki, gələn il Galaxy S21 ilə birlikdə təqdim olunacaq One UI 3.1 istifadəçi interfeysində Bixby Voice funksiyası reallaşdırılacaq. Onun sayəsində istifadəçi öz smartfonunu səsli əmr vasitəsilə blokdan çıxarda biləcək. Maraqlısı ondadır ki, daha əvvəllər Bixby səsli köməkçisində bu cür funksiya reallaşdırılmışdı. Lakin sonradan bu funksiya ləğv olundu.
        Məlumatda qeyd olunub ki, bu cür funksiya yalnız Galaxy S21 modellərində reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, səsin skan olunması texnologiyası barmaq izi skanından daha çox etibarsızdı. Ola bilər ki, Samsung səsin skan olunması üçün nəzərdə tutulmuş alqoritmi təkmilləşdirib ki, kənar səs yazısı vasitəsilə smartfonu blokdan çıxartmaq mümkün olmasın. Bu yeni autentifikasiya üsulunun texniki tərəfləri barəsində məlumat verilməyib. Son məlumatlara əsasən Galaxy S21 smartfon seriyası yanvar ayında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər