main-post-cover

    Samsung Galaxy Note 20 smartfon seriyasının təqdimat tarixi rəsmi şəkildə açıqlandı

    Cihazlar+
    08.07.2020
    Emil Nəcəfov
        Samsung şirkəti sonunda Galaxy Note 20 smartfon seriyasının təqdimat tarixini rəsmi şəkildə elan etdi. Beləliklə əvvəlcədən də güman edildiyi kimi Galaxy Note 20 seriyasının təqdimat tədbiri 5 avqust tarixində baş tutacaq. Adətən Galaxy Unpacked tədbiri Nyu York-da keçirilir. Lakin koronavirus pandemiyası səbəbilə bu ilki Galaxy Unpacked tədbiri online formatda keçiriləcək.
        Tədbirin canlı yayımına Youtube videoservisində və Samsung-un rəsmi saytında baxmaq mümkün olacaq. Beləliklə təqdimat tədbirinin əsas ulduzları Galaxy Note 20 və Galaxy Note 20 Ultra smartfon modelləri olacaqlar. Bundan əlavə olaraq bəzi məlumatlara əsasən Galaxy Note 20 seriyasından əlavə olaraq Samsung şirkəti Galaxy Unpacked 2020 tədbiri çərçivəsində həmçinin Galaxy Z Fold 2 smartfonunu və Galaxy Z Flip-in 5G versiyasını təqdim edəcək.
    Linki kopyala