Samsung Galaxy A54 smartfonu təqdimata hazırlaşır
Cihazlar+
09.11.2022
Farid Pardashunas
Verilmiş məlumata əsasən Samsung şirkətinin Galaxy A54 smartfonu yaxın zamanda təqdim olunacaq. Məsələ burasındadır ki, sözügedən smartfon Çinin 3C adlı orqanında sertifikatlaşdırmadan keçib. Bu isə smartfonun yaxın zamanda təqdim olunacağına işarə edir. Hər halda Galaxy A52 və A53 smartfonları sertifikatlaşdırma prosesindən 2 ay sonra satışa çıxmışdılar.
Əgər bu tendensiya olduğu kimi qalsa, Galaxy A54 smartfonu yanvar ayının əvvəlində təqdim oluna bilər. Məsələn Samsung bu smartfonu yanvar ayında keçiriləcək CES 2023 sərgisində təqdim edə bilər. Galaxy A54 ilə yanaşı həmçinin Galaxy A74 və Galaxy A34 smartfonlarının təqdimatlarını da gözləmək olar. Son məlumatlara əsasən Galaxy A54 modeli 25 vatt gücündə sürətli şarj texnologiyasına sahib 5100 mAh enerji tutumlu batareya və 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Smartfonun hansı prosessor vasitəsilə çalışacağı barəsində bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)