main-post-cover

    Samsung Galaxy A14 5G-nin yeni render fotosu təqdim edilib

    Cihazlar+
    29.11.2022
    Farid Pardashunas
        Evan Blass adlı məşhur insayder Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy A14 5G adlı yeni büdcəli smartfonunun rəsmi fotosunu təqdim edib. Təqdim edilmiş fotodan da görmək olar ki, gələn il Samsung smartfonlarının əksəriyyəti arxa panel görünüşü baxımından Galaxy S23-ün arxa panel dizaynını əldə edəcək. Bu məsələdə Galaxy A14 5G modeli də istisna olmayacaq. Beləliklə məlumata əsasən sözügedən yeni büdcəli smartfon 6.8 düym ekran ilə təchiz olunacaq. Ekran üzərində damcı formalı çıxıntı hissə mövcud olacaq. Bununla yanaşı smartfon üçlü arxa kameraya sahib olacaq və əsas kamera 50 MP-lik olacaq. Galaxy A14 5G modeli Exynos prosessoru vasitəsilə çalışacaq və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy A14 5G-nin təqdimat tarixi barəsində dəqiq bir məlumat yoxdur. Güman etmək olar ki, o ya gələn ay ya da yanvar ayında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər