main-post-cover

    Samsung flaqman smartfonlar üçün qeyri-rəsmi aksesuarların istifadəsinin zərərlərindən danışıb

    Cihazlar+
    04.04.2023
    Farid Pardashunas
        Flaqman smartfonlar heç də ucuz qiymətə satılmır və alıcılar onları müxtəlif qoruyucu keyslər, ekran şüşələri və örtükləri vasitəsilə qorumağa çalışırlar. Lakin Samsung-un verdiyi məlumata əsasən kənar istehsalçıların bu cür məhsulları bəzi hallarda smartfonu qorumaq əvəzinə ona zərər yetirə bilərlər. Samsung Community forumu çərçivəsində şirkət qeyri-rəsmi aksesuarların istifadəsi mövzusunda ən geniş yayılmış mənfi hallar barəsində məlumat verib.
        İlk növbədə şirkət qeyd edib ki, smartfonun arxa kamerası üçün nəzərdə tutulmuş qoruyucu örtüklər faktiki olaraq çəkilən fotoların keyfiyyətlərini aşağı sala bilər. Belə ki, bu cür örtüklər fotolarda bulanıq effekti yarada bilərlər. Bundan əlavə olaraq bu cür qoruyucu örtüyün zədələnməsi və istifadəçinin onu çıxarması halında kamera modulunun özü zədələnə bilər. Buna görə də şirkət istifadəçilərə bu cür məhsulların alışı zamanı daha diqqətli olmağı məsləhət görüb. Həmçinin qoruyucu örtüyün alt hissəsində çox zaman toz və nəmişlik yığılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər