main-post-cover

    Samsung-dan qəribə addım: Galaxy Note 20 başı bəlalı Exynos 990 ilə gələcək

    Cihazlar+
    11.07.2020
    Nijat Hamid
            Samsung şirkəti bu il Galaxy S20 smartfon seriyasında Exynos 990 çipsetini istifadə etmişdi. Bunun nəticəsində bir xeyli şikayət və narazıçılıq almışdı. Buna səbəb Exynos 990 çipsetinin problemli olması, çox qızması, tam performans göstərə bilməməsi və batareyanı çox istifadə etməsi idi. Bu şikayətlərdən sonra şirkət bir iclas keçirərək bəzi yeni qərarlar almışdı. Təxmin olunurdu ki, Galaxy Note 20 smartfonlarında yeni Exynos 992 çipsetləri istifadə ediləcək, lakin son çıxan məlumatlara görə bu belə olmayacaq.

    Samsung, Galaxy Note 20-nin Amerika versiyasında Snapdragon 865+ çipsetini, Avropa versiyasında isə yenə Exynos 990 çipsetini istifadə edəcək.

            Ice Universe tərəfindən verilən məlumata görə şirkət Amerika versiyasında yaxın zamanda təqdim olunan Snapdragon 865+ çipsetini istifadə edəcək. Bu da smartfonun Avropa versiyası ilə arasındakı performans fərqinin ciddi dərəcə artacağını göstərir. XDA platformunun editorlarından biri olan Max Weinbach bu məlumatı təsdiqlədi. Onun dediklərinə görə OneUI 2.5 interfeysində Snapdragon 865+Exynos 990-dan başqa heç bir çipset modelinə rast gəlməyib.
            Qeyd edək ki, Samsung-un fərqli bazarlarda fərqli çipsetləri istifadə etməsi istifadəçilər tərəfindən pis qarşılanmışdı. Hətta bu səbəbdən bəzi kampaniyalar da başladılmışdı ki, bütün Samsung smartfonlarında Qualcomm istehsalı olan Snapdragon çipsetlərinə keçid edilsin. Məlum olduğu üzrə Exynos çipsetləri pis tanınan şöhrətə malikdir. Samsung-un yenə də eyni strategiyanı izləməsi bu səfər daha böyük narazıçılığa səbəb olacağı gözlənilir.
    Linki kopyala