main-post-cover

    Samsung bu il Galaxy Note 21 əvəzinə digər Galaxy Note modelini təqdim edə bilər

    Cihazlar+
    22.01.2021
    Farid Pardashunas
        İnternetdə Samsung şirkətinin Galaxy Note seriyasının aqibəti barəsində daha bir yeni məlumat ortaya çıxıb. Bu dəfə yeni məlumatı ekranlar üzrə mütəxəssis Ross Young verib. Bu barədə Gagadget saytı xəbər verib. Öz Twitter hesabında mütəxəssis bildirib ki, bu il yeni Galaxy Note smartfonlarını gölzəmək lazım deyil. Bu isə o deməkdir ki, Galaxy S21 seriyasının modelləri daha böyük miqyaslarda satıla bilər. Buna baxmayaraq Ross Young əlavə edib ki, bu il Galaxy Note seriyasının davamı ola bilər.
        Lakin söhbət, Galaxy Note 21-dən yox, Galaxy Note 20-nin davamçısı Galaxy Note 20 FE smartfon modelindən gedir. Qeyd etmək lazımdır ki, keçən il Samusng Galaxy S20 FE modelini təqdim etmişdi. Həmin vaxtda şirkət bildirmişdi ki, o, Galaxy FE seriyasına daxil olacaq smartfonları hər il təqdim etməyi planlaşdırır. Samsung-un Galaxy Note seriyasından imtina etməsi barədə məlumatlar artıq uzun müddətdir ki, internetdə yayılır.
        Dünən Ice Universe ləqəbli məşhur insayder də bildirmişdi ki, şirkət bu smartfon seriyasından imtina edib və bu il Galaxy Note 21-i gözləmək lazım deyil. Lakin bunda təəccüblü heç bir şey yoxdur. Belə ki, bir neçə müddət bundan öncə təqdim edilmiş Galaxy S21 seriyasının Ultra modeli S Pen stilusunun dəstəyini əldə edib. Daha əvvəllər isə bu cür üstünlük sadəcə Galaxy Note seriyasının smartfonlarında mövcud idi. Yaxın gələcəkdə Samsung-un digər smartfonları da S Pen stilusunun dəstəyini əldə edəcəklər. Gözləntilərə əsasən növbəti illərdə şirkət hər il iki flaqman smartfon seriyasını təqdim edəcək: Galaxy S və qatlana bilən Galaxy Z.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər