main-post-cover

    Redmi yeni orta büdcəli smartfonu Redmi Note 11T-ni təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    01.12.2021
    Emil Nəcəfov
        Redmi brendi Note 11 smartfon seriyasını daha bir model ilə genişləndirib. Belə ki, yeni orta büdcəli Redmi Note 11T smartfonu təqdim olunub. Sözügedən yeni smartfon balanslaşdırılmış texniki özəllikləri ilə marağı cəlb edir. Belə ki, Redmi Note 11T modeli performanslı prosessor, yüksək təsvir yenilənməsinə sahib ekran və yüksək həcmli batareya ilə təchiz olunub. Beləliklə bu smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz ounub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Əsas texniki göstəricilər baxımından Redmi Note 11T modeli MediaTek Dimensity 810 prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP (f/1.8 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 119 dərəcə bucaq təsviri) ikili arxa kamera, 16 MP-lik (f/2.45 diafraqma) ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bunlardan əlavə olaraq sözügedən smartfon özündə Wi-Fi 6Bluetooth 5.1 texnologiyalarını birləşdirir. Şirkətin verdiyi məlumata əsasən smartfon 33 vatt gücündə sürətli şarj texnologiyası vasitəsilə 100% enerjini 60 dəqiqə ərzində yığır. Onu da qeyd etmək lazımdır ki, Redmi Note 11T-nin gövdəsi IP53 standartı üzrə sudan və tozdan qorunur. Redmi Note 11T 7 dekabr tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimidir:
    - 6 GB RAM + 64 GB yaddaş - 226$
    - 6 GB RAM + 128 GB yaddaş - 240$
    - 8 GB RAM + 128 GB yaddaş - 266$.
    Linki kopyala