Redmi Note 13 smartfonları ürək döyüntüləri ritmini ölçə biləcəklər

Redmi Note 13 smartfonları ürək döyüntüləri ritmini ölçə biləcəklər

Mobil Cihazlar
18.09.2023 PAYLAŞIM

    Xiaomi-nin Redmi brendi 21 sentyabr tarixində Redmi Note 13 smartfon seriyasını təqdim edəcək. Təqdimat müddəti yaxınlaşdıqca sözügedən smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxır. Verilmiş yeni məlumata əsasən təqdim olunacaq hər 3 Redmi Note 13 modelinin sahib olacağı AMOLED ekran ürək döyüntüsü ritmini ölçə biləcək. Bu məlumatı Redmi brendinin rəhbəri Lu Weibing təqdim edib.

    21 sentyabr tarixində təqdim ediləcək bütün Redmi Note 13 modelləri 1.5K keyfiyyətli AMOLED ekranla təchiz olunacaqlar. Məlumatda qeyd edilib ki, smartfonların ekranlarına inteqrasiya ediləcək barmaq izi skanı texnologiyası öz ənənəvi funksionallığı ilə yanaşı ürək döyüntüləri ritminin ölçülməsi imkanını da təqdim edəcək. Bundan əlavə olaraq məlum olub ki, smartfonların ekranlarındakı maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edəcək.




DAHA ÇOX


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..


Məşhur insayder Xiaomi 14 Pro-nun kameraları barəsində məlumat verib

Yaxın zamanda təqdim ediləcək Xiaomi 14 smartfon seriyasına daxil olacaq Xiaomi 14 Pro modeli Snapdr..


Məşhur analitik iPhone 15 Pro modellərinin qızmalarının əsl səbəbini açıqlayıb..

Bugün ərzində biz xəbər verdik ki, iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonları güclü qızma probl..


Xiaomi 14 Pro-nun render fotoları təqdim edilib

TechGoing saytı hələ təqdim edilməmiş Xiaomi 14 Pro flaqman smartfonunun qoruyucu keys daxilində əks..


Yeni Samsung Galaxy Fan Edition cihazlarının nə zaman təqdim olunacaqları məlum ..

Samsung şirkətinin yaxın zamanda özünün Galaxy Fan Edition (FE) cihazlarını təqdim edəcəyi gözlənili..


Bütün iPhone 16 smartfonları sensorlu yeni idarəetmə elementini əldə edə bilərlə..

iPhone 15 smartfon seriyasının təqdimatından öncə məlumat ortaya çıxmışdı ki, iPhone 15 Pro modellər..

×