Redmi Note 13 Pro+ smartfonunun texniki göstəriciləri təqdim edilib

Redmi Note 13 Pro+ smartfonunun texniki göstəriciləri təqdim edilib

Mobil Cihazlar
14.09.2023 PAYLAŞIM

    Xiaomi-nin Redmi brendi artıq yaxın zamanda Redmi Note 13 smartfon seriyasını təqdim etməlidir. İnsayderlər isə sözügedən seriyaya daxil olacaq Redmi Note 13 Pro+ modelinin texniki göstəriciləri mövzusunda növbəti məlumatları təqdim ediblər. Beləliklə insayderlər tərəfindən təqdim edilmiş məlumatlara əsasən Redmi Note 13 Pro+ smartfonu 1.5K keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunacaq.

    Ekran üstəlik Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfon MediaTek Dimensity 7200 Ultra prosessoru vasitəsilə çalışacaq və özündə 18 GB-a kimi RAM-ı, 1 TB-a kimi daxili yaddaş həcmini və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4880 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə smartfon 200 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 16 MP-lik ön kameraya sahib olacaq.




DAHA ÇOX


Redmi K70 barəsində yeni məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi ..


iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?

iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone ..


Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

Xiaomi qlobal bazarda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim edib.


Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb..

Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetd..


Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində m..


Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb

Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamç..

×