Redmi Note 13 Pro+ smartfonunun keyfiyyətli fotoları təqdim edilib

Redmi Note 13 Pro+ smartfonunun keyfiyyətli fotoları təqdim edilib

Mobil Cihazlar
14.09.2023 PAYLAŞIM

    Biraz əvvəl Xiaomi şirkəti Redmi Note 13 smartfon seriyasının təqdimatını anons etdi. Sözügedən smartfon seriyası 21 sentyabr tarixində Çində təqdim olunacaq. İndi isə şirkət bu seriyaya daxil olacaq Redmi Note 13 Pro+ modelinin keyfiyyətli fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Redmi Note 13 Pro+ modeli xarici görünüşcə hal hazırda aktual olan Redmi Note 12 modellərinə bənzəyəcək.


    Yeni smartfon kənarları bir qədər əyilmiş ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa paneli süni dəri ilə əhatə olunacaq və o, 4 müxtəlif rəngə sahib olacaq. Fotolara əsasən arxa paneldə 3 ədəd kamera obyektivi yerləşəcək. Son məlumat sızıntılarına əsasən Redmi Note 13 Pro+ smartfonu MediaTek Dimensity 7200 Ultra prosessoru vasitəsilə çalışacaq və özündə 200 MP-lik əsas kameranı birləşdirəcək.



DAHA ÇOX


Redmi K70 barəsində yeni məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi ..


iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?

iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone ..


Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

Xiaomi qlobal bazarda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim edib.


Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb..

Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetd..


Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində m..


Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb

Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamç..

×