main-post-cover

    Redmi Note 12 Pro smartfonları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    27.10.2022
    Farid Pardashunas
        Çində baş tutmuş xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi Redmi Note 12 Pro smartfon seriyasını təqdim edib. Təqdim edilmiş seriyaya Note 12 ProNote 12 Pro+ modelləri daxil olublar. Sözügedən smartfonlar xarici görünüşcə və texniki göstəricilərin çox hissəsi üzrə bir-birilərinə bənzəyirlər. Lakin onlar kameralar və batareya həcmləri üzrə bir-birilərindən fərqlənirlər. Təqdimat çərçivəsində Redmi brendi Note 12-nin daha bir versiyasını təqdim edib. Söhbət, Note 12 Racing modelindən gedir. Bu smartfonu digərlərindən fərqləndirən əsas özəllik ondan ibarətdir ki, o, dünyada 210 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə etmiş ilk smartfondur.
        Təqdim edilmiş bütün Redmi Note 12 Pro modellərinin hamısı 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunublar. Smartfonların ekranlarının yuxarı mərkəz hissələrində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonlar özlərində həmçinin kontaktsız ödənişlər üçün NFC çipi, Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirirlər. Hər 3 smartfon 8 nüvəli MediaTek Dimensity 1080 prosessoruna sahibdir.
        Əsas texniki göstəricilər baxımından Note 12 Pro modeli 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.88 diafraqma, optik stabilizasiya) + 8 MP (119 drəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi Note 12 Pro+ modeli 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi 200 MP (f/1.65 diafraqma, optik stabilizasiya) + 8 MP (119 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Redmi Note 12 Racing modelinin özəllikləri Note 12 Pro+ modelinin özəllikləri ilə demək olar eynidir. Sadəcə olaraq Note 12 Racing modeli 210 vatt gücündə sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. 210 vatt gücündə sürətli şarj texnologiyası sözügedən batareya həcmini 100% enerji ilə 9 dəqiqə ərzində təmin edir. Sözügedən model yalnız 8 GB RAM256 GB daxili yaddaş versiyasında satışa çıxacaq və çox güman ki, qlobal bazarda satılmayacaq. Bütün bu smartfonlar MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışırlar. Smartfonlar 1 noyabr tarixində Çində satışa çıxacaqlar. Onların qlobal versiyaları barəsində məlumatlar daha sonra veriləcək. Beləliklə smartfonların Çin bazarında satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 6 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 12 Pro - 235$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 12 Pro - 250$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi Note 12 Pro - 275$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi Note 12 Pro - 305$
    - 8 GB RAM-a sahib Redmi Note 12 Pro+ - 290$
    - 12 GB RAM-a sahib Redmi Note 12 Pro+ - 320$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi Note 12 Racing - 360$
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər