main-post-cover

    Redmi Note 12 Pro-lardan əlavə adi Redmi Note 12 modeli təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    27.10.2022
    Farid Pardashunas
        Redmi Note 12 Pro və Note 12 Pro+ smartfonları ilə yanaşı Redmi brendi həmçinin adi Note 12 modelini də təqdim edib. Redmi Note 12 Pro modellərindən fərqli olaraq adi Redmi Note 12 modeli Snapdragon prosessoru və 5G dəstəkli iki ədəd SIM kart girişi ilə seçilir. Sözügedən smartfon xarici görünüşcə Redmi Note 12 Pro modellərindən heç fərqlənmir. Adi Redmi Note 12 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfonun gövdəsi IP53 standartı üzrə sudan qorunur.
        Adi Redmi Note 12 modeli mono səsgücləndiricilər ilə təchiz olunub və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfonda NFC çip mövcud deyil. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Note 12 modeli 8 nüvəli Snapdragon 4 Gen 1 prosessoru, 4/6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Redmi Note 12 modeli 1 noyabr tarixində Çin bazarında satışa çıxacaq. Onun qlobal versiyası barəsində məlumatlar daha sonra veriləcək. Çin bazarında sözügedən smartfonun satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 4 GB RAM + 128 GB yaddaş - 165$
    - 6 GB RAM + 128 GB yaddaş - 180$
    - 8 GB RAM + 128 GB yaddaş - 205$
    - 8 GB RAM + 256 GB yaddaş - 235$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər