main-post-cover

    Redmi Note 10 smartfon seriyası təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    04.03.2021
    Emil Nəcəfov
        Redmi brendi Redmi Note 10, Redmi Note 10 Pro Pro 10 Max smartfonlarını təqdim edib. Hər üç smartfon xarici görünüşcə eynidir. Onlar öz aralarında sadəcə olaraq prosessor, RAM göstəricisi, daxili yaddaş və kameralar ilə fərqlənirlər. Gəlin adi Redmi Note 10-dan başlayaq. Beləliklə hər üç smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym AMOLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşdirilib. Adi Redmi Note 10-nun ekranı Gorilla Glass 3 qoruyucu şüşəsi ilə, Pro modellərinin ekranları isə Gorilla Glass 5 qoruyucu şüşəsi əhatə olunublar.
        Bundan əlavə olaraq Redmi Note 10 modeli Snapdragon 678G prosessoru və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya, Pro modellər isə Snapdragon 732G prosessoru və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5020 mAh enerji tutumlu batareyaya sahibdirlər. Digər özəlliklərə gəldikdə isə adi Redmi Note 10 modeli 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP + 8 MP (118 dərəcə bucaq təsviri) + 2 MP + 2 MP dördlü arxa kamera və 13 MP-lik ön kamera ilə təchiz olunub.
        Redmi Note 10 Pro modeli 6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 64 MP + 8 MP (120 dərəcə bucaq təsviri) + 2 MP + 5 MP dördlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunub. Redmi Note 10 Pro Max modelinə gəldikdə isə o, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 108 MP (Samsung ISOCELL HM2) + 8 MP (120 dərəcə bucaq təsviri) + 2 MP + 5 MP dördlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası hər üç smartfonda kənar hissəyə yerləşdirilib. Bununla yanaşı smartfonların gövdələri IP52 standartı üzrə sudan və tozdan qorunurlar. Smartfonlar bu ayın sonunda Hindistanda satışa çıxacaqlar. Smartfonların qiymətləri aşağıdakı kimidir:
    - 4 GB RAM-a və 64 GB yaddaşa sahib Redmi Note 10 - 165$
    - 6 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 10 - 192$
    - 6 GB RAM-a və 64 GB yaddaşa sahib Redmi Note 10 Pro - 220$
    - 6 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 10 Pro - 234$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 10 Pro - 261$
    - 6 GB RAM-a və 64 GB yaddaşa sahib Redmi Note 10 Pro Max - 261$
    - 6 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 10 Pro Max - 275$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 10 Pro Max - 302$.
    Smartfonların qlobal versiyalarının qiymətləri daha sonra təqdim olunacaq. 
    Linki kopyala