main-post-cover

    Redmi K60E smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    01.12.2022
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məlum oldu ki, Redmi brendi Redmi K60 smartfon seriyası üzərində çalşır. Sözügedən smartfon seriyasına Redmi K60, K60 Pro K60E modelləri daxil olmalıdır. İndi isə məlum olub ki, Redmi K60E modeli məşhur Geekbench bençmark saytının testlərindən keçib. Geekbench testləri nəticəsində əldə edilmiş məlumatlara əsasən sözügedən smartfon Snapdragon 870 prosessoru ilə təchiz olunacaq. Əvvəlki məlumat sızıntılarında isə qeyd edilmişdi ki, Redmi K60E smartfonu MediaTek Dimensity 8200 prosessoru vasitəsilə çalışacaq.
        Bununla yanaşı Redmi K60E modeli 12 GB-a kimi RAM yaddaşını əldə edəcək. Geekbench testlərindən bu smartfonun məhz 12 GB RAM-a sahib versiyası keçib. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 961 xal, çox nüvəli testi çərçivəsində isə 3123 xal toplayıb. Onun digər texniki özəllikləri barəsində məlumat yoxdur. Lakin əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Redmi K60E modeli yüksək təsvir yenilənməsinə sahib OLED ekran və 120 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq. Redmi K60 seriyasının gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər