main-post-cover

    Redmi K60 gözlənildiyindən daha tez satışa çıxa bilər

    Cihazlar+
    01.12.2022
    Farid Pardashunas
        Redmi K60 smartfonu gözlənildiyindən daha tez satışa çıxa bilər. Belə ki, sözügedən smartfonun istehsalına artıq start verilib. Smartfonun istehsal edildiyi zavodda Redmi K60-ın qutusunun çəkilmiş fotosu da bunu təsdiqləyir. Qeyd etmək lazımdır ki, Redmi K50 modeli bu ilin mart ayında satışa çıxmışdı. Məntiqlə fikirləşmək olar ki, Redmi K60 modeli gələn ilin mart ayında satışa çıxacaq. Lakin ən azından Çin bazarında smartfon daha tez satışa çıxa bilər. Smartfonun texniki özəllikləri barəsində heç bir yeni məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər