main-post-cover

    Redmi K40 flaqman smartfon modelinin keyfiyyətli render fotosu internetə sızdırılıb

    Cihazlar+
    05.01.2021
    Emil Nəcəfov
        Redmi K40 smartfon modelinin təqdimatı yaxın zamanda baş tutacaq. Lakin bu smartfon barəsində məlumat çox azdır. İnsayderlər hətta smartfonun dəqiq şəkildə hansı prosessor ilə təchiz olunacağını bilmirlər. Bu ya Snapdragon 888 ya da MediaTek Dimensity 1000+ olacaq. İndi isə sözügedən flaqman smartfonun render fotosu ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. Çinli insayderlərin təqdim etdikləri fotoda Redmi K40 smartfonunun arxa paneli əks olunub.
        Arxa panelin yuxarı sol hissəsində kamera sahəsi yerləşdirilib. Kamera sahəsinin özü isə ayrı-ayrılıqda 3 modula bölünüb. Heç istisna deyil ki, təqdim olunmuş fotoda əks olunmuş smartfon Pro versiya və ya adi Redmi K40-ın test versiyasıdır. Son məlumat sızıntılarına əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib yastı ekran və sürətli şarj texnologiyasına sahib 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Redmi K40-ın bu ay təqdim olunacağı gözlənilir. Lakin təqdimatın dəqiq keçirilmə tarixi məlum deyil.
    Linki kopyala