main-post-cover

    Redmi brendinin 50 MP-lik əsas arxa kameraya sahib ən ucuz smartfonu hazırlanır

    Cihazlar+
    05.12.2022
    Emil Nəcəfov
        Redmi brendi Redmi 11A smartfonu üzərində çalışır. Sözügedən smartfon Redmi brendinin 50 MP-lik əsas arxa kameraya sahib ən ucuz smartfonu ola bilər. Redmi 11A artıq Hindistanın və Sinqapurun nizamlayıcı orqanlarının məlumatlar bazasında ortaya çıxıb. Məlumata əsasən Redmi 11A modeli HD+ keyfiyyətli 6.7 düym ekran ilə təchiz olunacaq. Bununla yanaşı o, 2.0 GHz tezlikdə çalışan 8 nüvəli prosessora sahib olacaq. Smartfon özündə 2/4/6/8 GB RAM-ı və 32/64/128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Bununla yanaşı məlumata əsasən Redmi 11A 50 MP-lik əsas arxa kamera, 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və Android 12 vasitəsilə çalışacaq.
    Linki kopyala