main-post-cover

    Redmi brendi iPhone 12 mini kimi kompakt smartfon istehsal etmək istəyir: Lakin bir nüans var

    Cihazlar+
    20.10.2020
    Farid Pardashunas
        Redmi brendinin rəhbəri Lu Weibing Çinin Weibo sosial şəbəkəsində bildirib ki, şirkət, adında mini sözü olacaq kompakt smartfon istehsal etməyi planlaşdırır. Lakin o bu cür planda vacib bir nüansın olduğunu da qeyd edib. Bu barədə Androidauthority saytı xəbər verib. Weibing bildirib ki, şirkət həqiqətən də kiçik ekrana sahib smartfonun istehsalını nəzərdən keçirdir. Lakin əsas problem ondan ibarətdir ki, bu cür smartfonu böyük həcmli batareya ilə təchiz etmək mümkün olmayacaq.
        Bu halda alıcılar kiçik batareya həcminə sahib kompakt smartfon almalı olacaqlar. Belə ki, kiçik ekranlı smartfonların istehsalı zamanı şirkətlər həmçinin batareyaların ölçülərini də kiçiltməli olurlar. Hardware software tərəfinin yaxşı optimizasiya olunmasına baxmayaraq kiçik həcmli litium-ionlitium-polimer batareyalar tez zamanda sıradan çıxma özəlliyinə sahib olurlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər