main-post-cover

    Qatlana bilən Xiaomi Mix Fold 2 barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    12.01.2022
    Farid Pardashunas
        Keçən il Xiaomi şirkəti özünün Mix Fold adlı ilk qatlana bilən smartfon modelini təqdim etmişdi. Smartfon keçən ilin mart ayında satışa çıxmışdı və ortaya çıxmış yeni məlumata əsasən şirkət artıq onun davamçısı üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, Xiaomi-nin yeni qatlana bilən smartfonu yüksək keyfiyyətli ekran və Qualcomm-un yeni flaqman prosessoru ilə təchiz olunacaq. İnsayder qeyd edib ki, Xiaomi Mix Fold-un davamçısının həm xarici həm də daxili ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək.
        Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, daxili ekran 2K keyfiyyətində olacaq. Ən ciddi dəyişiklik isə xarici ekranda reallaşdırılacaq. Belə ki, xarici ekranın gövdəyə olan nisbəti bir neçə gün bundan öncə təqdim edilmiş Honor Magic V-dəki kimi 21:9-a təşkil edəcək. Smartfon Snapragon 8 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Xiaomi Mix Fold 2-nin nə zaman satışa çıxacağı barəsində məlumat yoxdur. Lakin gözləntilərə əsasən şirkət onu hal hazırki rübdə təqdim edəcək.
    Linki kopyala