main-post-cover

    Qatlana bilən Xiaomi Mi Mix Fold-un təmiri Mi 11 Pro-nun satış qiymətindən baha başa gəlir

    Cihazlar+
    11.04.2021
    Farid Pardashunas
        Xiaomi-nin ilk qatlana bilən smartfonu olan Mi Mix Fold şirkətin ən bahalı smartfonu olmaqla yanaşı həmçinin ən qəliz təmir olunanıdır. Bu səbəbdən də onun təmir olunma xərci flaqman smartfonun satış qiymətindən daha bahadır. 12 GB RAM-a və 256 GB daxili yaddaşa sahib Mi Mix Fold modeli 1521$-a satılır. Bu, Mi Mix Fold-un ən ucuz versiyasıdır. İlk baxışdan belə qənaətə gəlmək olar ki, smartfonun təmir olunan ən bahalı hissəsi 8.01 düym-lük AMOLED ekrandır. Lakin bu belə deyil.
        Belə ki, təmiri zəmanətçərçivəsində reallaşdırmaq mümkün olmasa, Mi Mix Fold-un ana platasının dəyişdirilməsi 778$-a başa gələcək. Qeyd etmək lazımdır ki, 8 GB RAM-a və 128 GB daxili yaddaşa sahib Mi 11 Pro smartfonu 762$-a satılır. Mi Mix Fold-un daxili ekranının dəyişdirilməsi 595$-a, xarici ekranının dəyişdirilməsi 107$-a, batareyasının dəyişdirilməsi 84$-a, əsas kamerasının dəyişdirilməsi isə 63$-a başa gələcək. Qeyd etmək lazımdır ki, Mi 11 Ultra flaqman smartfon modelinin ana platasının dəyişdirilmə xərci 366$ təşkil edir.
    Linki kopyala