main-post-cover

    Qatlana bilən Xiaomi Mi Mix Fold 2-nin bəzi texniki göstəriciləri sızdırılıb

    Cihazlar+
    07.07.2022
    Farid Pardashunas
        Keçən ilin mart ayında Xiaomi şirkəti öz ilk qatlana bilən smartfonu Mi Mix Fold-u təqdim etmişdi. Yaxın zamanda isə sözügedən smartfonun davamçısı təqdim edilə bilər. Belə ki, Mi Mix Fold 2-nin bəzi texniki göstəriciləri barəsində məlumatlar internetdə ortaya çıxıblar. Hal hazırda aktual olan Mi Mix Fold kitab dizaynında reallaşdırılıb və onun 8.1 düym ölçüdə olan əsas ekranı daxili istiqamətə qatlanır. Bundan əlavə olaraq Mi Mix Fold 6.52 düym ölçüdə köməkçi ekrana da sahibdir. Smartfon Snapdragon 888 prosessoru, 16 GB-a kimi RAM yaddaşı və 108 MP-lik əsas arxa kamera ilə təchiz olunur. Mi Mix Fold 2-yə gəldikdə isə məlumata əsasən o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 8 düym əsas ekran əldə edəcək.
        Yeni qatlana bilən smartfonda isə köməkçi ekranın ölçüsü 6.5 düym təşkil edəcək. Smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq Mi Mix Fold 2 təsvirlərin emal edilməsi üçün nəzərdə tutulmuş Surge C1 çipini əldə edəcək. Məlumatda qeyd edilib ki, Mi Mix Fold 2-də yeni növ şarnir konstruksiyası reallaşdırılacaq və onun sayəsində əsas ekran üzərində qatlanma xətti əks olunmayacaq. Hələ bir neçə müddət bundan öncə məlum olmuşdu ki, Xiaomi öz yeni smartfonlarının kameralarını məşhur Leica şirkəti ilə birgə hazırlayacaq. Leica ilə birgə hazırlanmış mobil kameralar ilk dəfə olaraq Xiaomi 12S smartfon seriyasında təqdim edildilər. Bu məsələdə Mi Mix Fold 2 də istisna olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər