Qatlana bilən OPPO Find N3 Fold-un nə zaman təqdim olunacağı məlum olub

Qatlana bilən OPPO Find N3 Fold-un nə zaman təqdim olunacağı məlum olub

Mobil Cihazlar
12.09.2023 PAYLAŞIM

    OPPO şirkəti artıq müəyyən müddətdir ki, OPPO Find N3 Fold adlı yeni qatlana bilən smartfonu üzərində çalışır. İnsayderlər sözügedən smartfonun nə zaman təqdim ediləcəyi barəsində məlumatı təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən qatlana bilən OPPO Find N3 Fold smartfonu artıq bu ay təqdim olunacaq. Təqdimat tədbiri Çində baş tutacaq. Qeyd etmək lazımdır ki, OPPO Find N3 Fold qlobal bazarda da satılacaq. Smartfon qlobal bazarda OnePlus Open adı ilə satışa çıxacaq.

    Son məlumat sızıntılarına əsasən OPPO Find N3 Fold smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 7.8 düym daxili AMOLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.3 düym xarici AMOLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışmalı və özündə 12 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini, 64 MP + 48 MP + 48 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.




DAHA ÇOX


Redmi K70 barəsində yeni məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi ..


iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?

iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone ..


Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

Xiaomi qlobal bazarda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim edib.


Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb..

Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetd..


Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində m..


Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb

Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamç..

×