main-post-cover

    Qatlana bilən iPhone barədə yeni məlumat ortaya çıxıb

    Cihazlar+
    18.02.2021
    Farid Pardashunas
        İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti qatlana bilən iPhone üzərində çalışır. İndi isə internetdə bu məsələ ilə bağlı daha bir yeni məlumat yayılıb. Belə ki, Tayvanın Digitimes saytının verdiyi məlumata əsasən Apple üçün qatlana bilən ekranın istehsalı ilə LG Display şirkəti məşğul olur. Məlumata əsasən söhbət, qatlana bilən ekranın prototipindən gedir. Buna görə də Apple şirkətinin qatlana bilən smartfonunun final versiyasının LG tərəfindən istehsal edilmiş OLED ekranı əldə edəcəyi dəqiq deyil.
        Bununla yanaşı insayder Jon Prosser-in sözlərinə əsasən qatlana bilən iPhone üçün ekranları nəticədə Samsung şirkəti də istehsal edə bilər. Son məlumat sızıntılarına əsasən Apple şirkətinin ilk qatlana bilən iPhone modeli Galaxy Z Flip Motorola RAZR smartfonlarının dizaynlarını xatırladacaq. Bununla belə qatlana bilən iPhone modelini yaxın zamanda gözləmək lazım deyil. İnsayderlərin sözlərinə əsasən Apple bu cür smartfonu 2023-cü ildən tez təqdim etməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər