Qatlana bilən Huawei Mate X2 smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb
Cihazlar+
21.01.2021
Farid Pardashunas
Qatlana bilən Huawei Mate X2 smartfon modelinin təqdimatı barəsində məlumat hələ keçən ilin yanvar ayında ortaya çıxmışdı. Lakin Huawei hələ də bu smartfonu təqdim etməyb. Buna baxmayaraq sözügedən smartfon dəfələrlə insayder rməlumatlarında ortaya çıxıb. İndi isə Huawei Mate X2 Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Beləliklə bu qatlana bilən smartfon barəsində bir sıra məlumatlar öz təsdiqini tapıblar. Bu barədə 4pda saytı xəbər verib.
Beləliklə ortaya çıxmış məlumatlara əsasən TET-AN10 model nömrəsinə sahib smartfon 8.01 düym əsas ekran, 6.45 düym köməkçi ekran və 66 vatt gücündə sürətli şarj texnologiyasına sahib 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Daha öncəki məlumat sızıntılarına əsasən smartfonun əsas ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək və cızıqlara dözümlü olan ultranazik qoruyucu şüşə ilə əhatə olunacaq. Bununla yanaşı Huawei Mate X2-nin Kirin 9000 prosessoru ilə təchiz olunacağı gözlənilir. Bir sıra məlumatlara əsasən smartfon gələn ay təqdim olunacaq. Smartfonun hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək