main-post-cover

    Qatlana bilən Huawei Mate X2-nin ana platası iPhone 12 Pro Max-dan daha bahadır

    Cihazlar+
    24.02.2021
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə təqdim edilmiş qatlana bilən Huawei Mate X2 smartfonu demək olar 3000$-a satılır. Buna görə də heç təəccüblü deyil ki, bu smartfonun təmiri də ucuz deyil. Belə ki, smartfonun bəzi hissələrinin dəyişdirilməsi istənilən flaqman smartfonun alışından daha baha qiymətə başa gəlir. Huawei şirkətinin Çin üzrə olan saytındakı məlumata əsasən Mate X2-nin daxili 8 düym-lük ekranının dəyişdirilməsi 884$-a başa gəlir. Müqayisə üçün qeyd etmək lazımdır ki, yeni Galaxy S21 smartfonu 799$-a, iPhone 12 isə 830$-a satılır.
        256 GB daxili yaddaşa sahib Mate X2-nin ana platasının dəyişdirilməsinə ehtiyac qalarsa, alıcı 1116$ ödəməli olacaq. ABŞ-da isə 1099$-a iPhone 12 Pro Max almaq olar. 512 GB daxili yaddaşa sahib Mate X2 modelinin ana platasının dəyişdirilməsi 1256$-a başa gələcək. Və ya istifadəçi 1199$-a Galaxy S21 Ultra ala bilər. Sözügedən qatlana bilən smartfonun digər hissələrinin dəyişdirilməsi daha ucuz qiymətə başa gəlir. Məsələn batareyanın dəyişdirilməsi 31$-a, teleobyektivin dəyişdirilməsi 131$-a, ultragenişbucaqlı kameranın dəyişdirilməsi 51$-a, əsas kameranın dəyişdirilməsi 184$-a, arxa qapağın dəyişdirilməsi 90$-a, xarici ekranın dəyişdirilməsi 124$-a, ön kameranın dəyişdirilməsi isə 70$-a başa gəlir.
    Linki kopyala