Qatlana bilən Honor Magic V2 smartfonu təqdimata hazırlaşır

Qatlana bilən Honor Magic V2 smartfonu təqdimata hazırlaşır

Mobil Cihazlar
07.06.2023 PAYLAŞIM

    2 ay bundan öncə Honor şirkəti Honor Magic Vs adlı qatlana bilən smartfonunu təqdim etmişdi. Daha sonra isə məlumat ortaya çıxdı ki, şirkət Magic V2 adlı yeni qatlana bilən smartfon üzərində çalışır. Görünür, onun təqdimatı yaxın zamanda baş tutacaq. Belə ki, sözügedən qatlana bilən smartfon iki sertifikatlaşdırma agentliyində sertifikatlaşdırmadan keçib. Təəssüflər olsun ki, Magic V2-nin texniki özəllikləri barəsində məlumat verilməyib.

    Sadəcə olaraq qeyd edilib ki, Honor-un yeni qatlana bilən smartfonu 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. İnsayderlərin sözlərinə əsasən Magic V2 smartfonu iki ədəd OLED LTPO ekran ilə təchiz olunacaq və əsas ekran 2K keyfiyyətində olacaq. Bununla yanaşı yeni qatlana bilən smartfonun 16 GB RAM, 512 GB daxili yaddaş həcmi və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Smartfonun Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı güman edilir.




DAHA ÇOX


Redmi K70 barəsində yeni məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi ..


iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?

iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone ..


Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

Xiaomi qlobal bazarda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim edib.


Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb..

Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetd..


Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində m..


Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb

Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamç..

×