main-post-cover

    Qatlana bilən Galaxy Z Flip 3 smartfonunun press render fotoları təqdim olunub

    Cihazlar+
    27.07.2021
    Emil Nəcəfov
        Nüfuzlu insayder Roland Quandt təqdimata hazırlaşan Galaxy Z Flip 3 qatlana bilən smartfonunun press render fotolarını təqdim edib. Təqdim olunmuş keyfiyyətli fotolar sözügedən smartfonun dizaynını tam şəkildə əks etdirirlər. Məlumatda qeyd edilib ki, əvvəlki modeldən fərqli olaraq Galaxy Z Flip 3 modeli bir qədər böyük ölçüyə sahib köməkçi ekran və metal çərçivələrdən ibarət gövdə əldə edəcək. Köməkçi ekranın kənar hissəsinə iki kamera yerləşdiriləcək və ikinci kameranın aşağısında işıqlandırma sistemi olacaq.
        Fotolardan da görək olar ki, smartfon gövdəsində fiziki idarəetmə düymələri mövcud olacaq. Bura səsin tənzimlənməsi və yandırıb/söndürmə düymələri daxildirlər. Daha öncədən verilmiş məlumatlara inansaq, Galaxy Z Flip 3 smartfonu Snapdragon 888 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym əsas ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, smartfonun təqdimatı 11 avqust tarixində baş tutacaq.
    Linki kopyala