main-post-cover

    Poco-dan yeni smartfon gəlir: Poco M2 Pro-nun təqdimat tarixi elan edilib

    Cihazlar+
    01.07.2020
    Emil Nəcəfov
        Xiaomi şirkəti Poco brendinin smartfon seriyasını genişləndirməyə davam edir. Belə ki, şirkət sözügedən brendin yeni smartfonu olacaq Poco M2 Pro-nun təqdimat tarixini elan edib. Beləliklə şirkət tərəfindən verilmiş rəsmi məlumata əsasən Poco M2 Pro modeli 7 iyul tarixində təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən sözügedən smartfon Redmi Note 9 Pro-nun qlobal versiyasnın kopyası olacaq. Bu baxımdan Poco M2 Pro modeli Full HD+ keyfiyyəti 6.67 düym IPS ekran, Snapdragon 720G prosessoru, 48 MP + 8 MP + 5 MP + 2 MP dördlü arxa kamera və sürətli enerji yığma texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Poco M2 Pro-nun 200$-a kimi qiymət göstəricisinə sahib olacağı güman edilir.
    Linki kopyala