Poco brendi 6000 mAh-lıq batareyaya sahib büdcəli Poco M3 smartfonunu təqdim edib - QİYMƏTİ

Poco brendi 6000 mAh-lıq batareyaya sahib büdcəli Poco M3 smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
25.11.2020 PAYLAŞIM

    Xiaomi şirkətinin müstəqil Poco brendi Poco M3 smartfonunun qlobal təqdimatını keçirdib. Sözügedən smartfon büdcəli smartfonlar siyahısına daxil olsa da şirkət istifadəçilərin gözləntilərini qarşılamaq üçün əlindən gələni edib. Beləliklə Poco M3 modeli yüksək həcmli batareya, keyfiyyətli kameralar, stereo səsgücləndiricilər və performanslı prosessor əldə edib.


    Poco M3 smartfonu Full HD+ keyfiyyətli 6.53 düym IPS ekrana sahibdir. Smartfonun ekranı 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Ekranın yuxarı mərkəz hissəsində isə damcı formalı çıxıntı yerləşdirilib. Fotolardan da görmək olar ki, barmaq izi skanı texnologiyası arxa paneldə yoxdur. Bunun əvəzinə bu texnologiya smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

    Əsas texniki göstəricilərə gəldikdə isə Poco M3 8 nüvəli Snapdragon 662 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP (f/1.79 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) üçlü arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 12 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Lakin bir müddətdən sonra Android 11 dəstəyini də əldə edəcək. Poco M3 bu həftə satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib versiya 149$-a, 128 GB daxili yaddaşa sahib versiya isə 169$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple qatlanan smartfonla birlikdə son zamanlar trend olan texnologiyaya sahib i..

Bloomberg saytının redaktoru Mark Gurman Apple şirkətinin yaxın gələcəkdə olacaq məhsulları barəsind..


Apple bu ilki iPhone modellərində köhnə adlandırma sistemindən istifadə edə bilə..

iPhone 12 smartfon seriyasında Apple şirkəti bir növ keçmişə qayıtmış oldu. Belə ki, şirkət bu smart..


Məşhur analitik: Apple iPhone-lar üçün maye soyutma texnologiyası üzərində çalış..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin yeni texnologiyası barəsində məlumat verib.


Samsung Galaxy S21 flaqman smartfon seriyası təqdim olunub - QİYMƏTİ

Samsung şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində Galaxy S21, S21+ və S21 Ultra smartfonlarını tə..


Samsung Galaxy S21 təqdim olunur - CANLI YAYIM

Samsung Galaxy S21 qiyməti və haqqında məlumat


Huawei P50 flaqman smartfon seriyası 2 əməliyyat sisteminə sahib ola bilər

Son zamanlar Huawei P50 smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. ..

×