main-post-cover

    Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.06.2023
    Emil Nəcəfov
        OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir. Orta büdcəli bu smartfon böyük ölçülü ekranı və balanslaşdırılmış texniki özəllikləri ilə seçilir. Beləliklə OnePlus Nord N30 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.72 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Smartfon özündə həmçinin kontaktsız ödənişlər üçün NFC çipi, stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus Nord N30 5G Snapdragon 695 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 108 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 50 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 13 vasitəsilə çalışır. OnePlus Nord N30 5G 12 iyun tarixində ABŞ-da satışa çıxacaq və 300$-a satılacaq.
    Linki kopyala