main-post-cover

    OnePlus şirkətinin iki yeni büdcəli smartfon modelinin texniki özəllikləri təqdim olunub

    Cihazlar+
    23.10.2020
    Farid Pardashunas
        OnLeaks ləqəbli məşhur insayder Voice platformasında OnePlus şirkətinin Nord N100 Nord N10 adlı yeni büdcəli smartfon modellərinin texniki özəllikləri barəsində məlumat yerləşdirib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Nord N100-dən başlayaq. İnsayderin verdiyi məlumata əsasən sözügedən büdcəli model HD+ keyfiyyətli 6.52 düym LCD ekrana sahib olacaq. Bu cür ekran isə şirkət üçün heç də ənənəvi deyil. Belə ki, OnePlus 2-dən başlayaraq şirkət smartfonları AMOLED ekran ilə təchiz olunublar.
        Bundan əlavə olaraq bu modeldə yüksək GHz göstəricili təsvir yenilənməsini gözləmək lazım deyil. Məlumata əsasən smartfonun ekranı standart olaraq 60 Ghz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Əsas texniki göstəricilər baxımından OnePlus N100 modeli Snapdragon 460 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, 13 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
        OnePlus N10 modeli bir qədər daha maraqlı smartfon olacaq. İnsayderin verdiyi məlumata əsasən bu smartfon Full HD+ keyfiyyətli 6.49 düym AMOLED ekran, 5G dəstəkli Snapdragon 690 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi və obyektivlərdən biri 64 MP olacaq dördlü arxa kamera ilə təchiz olunacaq. Bir sıra şayiələrə görə sözügedən smartfonlar artıq gələn həftə təqdim olunacaqlar. Onların qiymətləri isə 400$-dan aşağı olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər