main-post-cover

    OnePlus şirkəti Nord smartfon seriyasını müstəqil brendə çevirə bilər

    Cihazlar+
    07.07.2022
    Farid Pardashunas
        OnePlus şirkətinin məhsullar siyahısında təkcə flaqman smartfonlar yox, həmçinin orta büdcəli smartfonlar da mövcuddur. Lakin verilmiş məlumata əsasən şirkət əvvəlki ənənəsinə qayıda bilər. Yəni büdcəli smartfonlar şirkətin əsas brendinin xaricinə çıxarıla və tamamilə yeni brendə daxil edilə bilərlər. Məlumatda qeyd edilib ki, OnePlus şirkəti büdcəli smartfonların daxil olduqları Nord seriyasını müstəqil brendə çevirmək imkanını nəzərdən keçirdir. Bu cür strategiyadan digər məşhur smartfon istehsalçıları da istifadə edirlər.
        Məsələn Xiaomi şirkəti vaxtı ikən POCO brendini müstəqil brendə çevirmişdi. Bundan əlavə olaraq verilmiş məlumatda qeyd edilib ki, Nord seriyasının müstəqil brendə çevriləcəyi halda onun ticarət nişanında bəzi dəyişikliklər olacaq. Belə ki, brendin ticarət nişanının aktual rəngi daha açıq mavi rəngə dəyişəcək. Gözləntilərə əsasən yeni brend smartfonların 190-440$ diapazonunda satış qiymətlərinə istiqamətlənəcək. Bununla belə yeni brendin smartfonlarında istifadə ediləcək istifadəçi interfeysi OnePlus smartfonlarında istifadə edilən OxygenOS-dən bir qədər fərqlənəcək.
        Həmçinin Nord brendi gələcəkdə öz məhsullar kateqoriyasına yenilərini də əlavə edə bilər. Bura smart televizorlar, smart qolbaqlar və saatlar, naqilsiz qulaqlıqlar və s. daxil ola bilər. Məlumata əsasən Nord smartfonları gələcəkdə öz adlarında OnePlus sözündən imtina edə bilərlər. Qeyd etmək lazımdır ki, OnePlus şirkəti Nord seriyasının müstəqil brendə çevrilməsi ilə bağlı hələ heç bir rəsmi məlumat verməyib. Buna görə də bu xəbərə müəyyən dərəcədə şübhə ilə yanaşmaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər