main-post-cover

    OnePlus Nord-un təqdimat tarixi barəsində məlumat verildi: Təqdimat tam fərqli formatda keçirilə bilər

    Cihazlar+
    07.07.2020
    Emil Nəcəfov
        İnsayderlər güman edirdilər ki, büdcəli OnePlus Nord smartfon modelinin təqdimatı 10 iyul tarixində baş tutacaq. İndi isə internetdə bu məsələ ilə bağlı yeni məlumat ortaya çıxıb. Belə ki, rəsmi reklam posterlərinə əsasən OnePlus Nord-un təqdimatı 21 iyul tarixində baş tutacaq. Sözügedən məlumatı məşhur hindistanlı insayder Ishan Agarwal verib. Lakin tez bir zamanda o bu məlumatı sosial şəbəkə hesablarından silib.
        Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, OnePlus Nord modeli smartfon bazarında ilk dəfə artırılmış reallıq formatında təqdim olunacaq. Qeyd etmək lazımdır ki, hal hazırda dünyada olan koronavirus pandemiyası səbəbilə ənənəvi təqdimat tədbirlərini keçirtmək qadağandır. Buna görə də istehsalçılar online formatda keçirilən təqdimat tədbirlərinə üstünlük verirlər. Lakin görünür, OnePlus şirkəti bu məsələdə daha da irəli getməyi düşünüb.
        Təqdimatın hansı üsul ilə artırılmış reallıq formatında keçiriləcəyi hələ tam aydın deyil. Son məlumat sızıntılarına əsasən OnePlus Nord smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym AMOLED ekran, 5G dəstəkli Snapdragon 765G prosessoru, 12 GB RAM, dördlü arxa kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala