main-post-cover

    OnePlus Nord hansı kameralar ilə təchiz olunacaq?: Rəsmi təqdimat tarixi

    Cihazlar+
    08.07.2020
    Emil Nəcəfov
        Android Central saytınn jurnalistləri büdcəli OnePlus Nord smartfon modelinin sahib olacağı kameraların özəllikləri barəsində məlumatları aşkar ediblər. Beləliklə verilmiş məlumata əsasən əvvəlcədən də güman edildiyi kimi OnePlus Nord smartfonu dördlü arxa kamera ilə təchiz olunacaq. Əsas kamera sensoru 48 MP-lik olacaq və təsvirin optik stabilizasiyasını (OIS) dəstəkləyəcək.
        İkinci kamera sensoru 8 MP-lik genişbucaqlı sensor olacaq. Üçüncü kamera sensoru 5 MP-lik makroobyektiv, dördüncü kamera sensoru isə portret fotoların çəkilməsi üçün nəzərdə tutulmuş 2 MP-lik kamera sensoru olacaq. Ön kameraya gəldikdə isə OnePlus Nord modeli ikili ön kamera ilə təchz olunacaq: 32 MP + 8 MP.
        Qeyd etmək lazımdır ki, OnePlus Nord smartfonu rəsmi şəkildə 21 iyul tarixində təqdim olunacaq. Şirkət smartfonun təqdimatını AR formatda online şəkildə keçirdəcək. Həmin canlı yayımı AR formatda izləmək üçün sadəcə olaraq Google Play-dən OnePlus Nord AR tətbiqini yükləmək və həmin tətbiqdə qeydiyyatdan keçmək lazımdır. 
    Linki kopyala