main-post-cover

    OnePlus Nord CE 3 smartfonunun texniki özəllikləri barəsində məlumat verilib

    Cihazlar+
    09.11.2022
    Farid Pardashunas
        OnLeaks ləqəbli məşhur insayder hələ təqdim edilməmiş orta səviyyəli OnePlus Nord CE 3 smartfon modelinin texniki özəllikləri barəsində məlumat verib. Təqdim edilmiş məlumatlara əsasən sözügedən smartfon bəzi istifadəçiləri məyus edə bilər. Məlumata əsasən OnePlus Nord CE 3 modeli Nord CE 2 ilə Nord CE 2 Lite 5G modellərinin bir qədər böyüdülmüş versiyasıdır. Məlumatda qeyd edilib ki, Nord CE 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym LCD ekran ilə təchiz olunacaq.
        Smartfon Snapdragon 695 5G prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Nord CE 2 Lite 5G modeli də sözügedən prosessor ilə təchiz olunur. Bununla yanaşı Nord CE 3 modeli özündə 8/12 GB RAM-ı və 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralara gəldikdə isə smartfon 108 MP + 2 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunacaq. Nord CE 3 modeli 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfon gələn ilin ya birinci ya da ikinci rübündə satışa çıxacaq.
    Linki kopyala