main-post-cover

    OnePlus Nord CE 3 smartfonunun real fotoları təqdim edilib

    Cihazlar+
    15.01.2023
    Farid Pardashunas
        Mysmartprice saytı hələ təqdim edilməmiş OnePlus Nord CE 3 smartfonunun real fotolarını təqdim edib. Təqdim edilmiş real fotolarda OnePlus Nord CE 3 modelinin dizaynını qiymətləndirmək olar. Bununla yanaşı bu fotolar yeni smartfonun Nord CE 2 ilə müqayisədə bir qədər fərqli görünüşə sahib olacağını da təsdiqləyiblər. Nord CE 2-dən fərqli olaraq Nord CE 3 modelində ekran üzərindəki ön kamera çıxıntısı mərkəz hissədə yerləşəcək. Nord CE 2-də ön kamera çıxıntısı yuxarı sol hissədə yerləşir. Arxa kamera dizaynı isə tamamilə dəyişilib. Beləliklə Nord CE 3 modeli arxa paneldən iki böyük dairəvi sahəyə sahib olacaq və onlar özlərində ümumilikdə 3 kamera obyektivini birləşdirəcəklər.
        Smartfonun aşağı hissəsində USB Type-C girişi ilə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş mövcud olacaq. Son məlumatlara əsasən OnePlus Nord CE 3 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym IPS ekran, Snapdragon 695 prosessoru, 8/12 GB RAM, 256 GB-a kimi daxili yaddaş həcmi, 108 MP-lik əsas arxa kameraya sahib üçlü arxa kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun nə zaman təqdim ediləcəyi bilinmir. Lakin heç istisna deyil ki, o, gələn ayın əvvəlində OnePlus 11-in qlobal versiyası ilə birlikdə təqdim edilsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər