OnePlus-ın yeni flaqman smartfonu barəsində ilkin məlumatlar ortaya çıxıb

OnePlus-ın yeni flaqman smartfonu barəsində ilkin məlumatlar ortaya çıxıb

Mobil Cihazlar
30.07.2020 PAYLAŞIM

    OnePlus şirkətinin yeni flaqman smartfon modelinin texniki özəllikləri barəsində məlumatlar Geekbench bençmark saytında ortaya çıxıblar. Güman olunur ki, bu, OnePlus 8T modelidir. Bu barədə Phonearena saytı xəbər verib. Geekbench-də olmuş testlərə əsasən şirkətin KB2001 kod nömrəli smartfonu Snapdragon 865 Plus prosessoru və 8 GB RAM ilə təchiz olunacaq.

    Smartfon Geekbench-in birnüvəli testində 912 xal, çoxnüvəli testində isə 3288 xal toplayıb. Maraqlısı ondadır ki, testlərdən keçmiş smartfon Android 11 əməliyyat sistemi vasitəsilə çalışıb. Bu isə smartfonun payız fəslində satışa çıxacağına işarə edir. Gözləntilərə əsasən OnePlus 8T modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran və sürətli şarj texnologiyası ilə təchiz olunacaq. Smartfon barəsində digər bir məlumat hələki yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SON DƏQİQƏ: Samsung yeni qatlana bilən Galaxy Z Fold 2 smartfonunu təqdim edib..

Samsung şirkəti Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Galaxy Note 20 seriyasından əlavə olaraq h..


SON DƏQİQƏ: Galaxy Note 20 və Galaxy Note 20 Ultra smartfonları təqdim olundular..

Samsung şirkəti Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Galaxy Note 20 flaqman smartfon seriyasını..


Poco F2 Pro: Bütöv ekran, güc, 5G və 8K | İcmal

Poco F2 Pro video icmal. Xiaominin başqa bir brendi Poco orta büdcə ilə nələr vəd edir? 60 HZ ekran,..


Apple şirkəti iPhone 12 modellərini mərhələli şəkildə satışa çıxarda bilər..

Keçən hətfə Apple şirkətinin maliyyə işləri üzrə baş vitse-prezidenti Luca Maestri investorlarla gör..


Xiaomi-nin hansı smartfonları Android 11-i əldə edəcəklər? - SİYAHI

Xiaomi forumunda Android 11 əməliyyat sistemini əldə edəcək smartfonların siyahısı qeyd olunub...


Analitiklər iPhone tarixinin ən məşhur modelini təyin ediblər

Bu il Apple şirkətinin yeni iPhone modellərinin təqdim olunmasından öncə isə analitiklər indiyənə ki..

×