main-post-cover

    OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu təqdim edəcək

    Cihazlar+
    18.10.2021
    Farid Pardashunas
        Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı yeni brendinin yaxın aylar ərzində ilk smartfon modelini təqdim edəcək. Bəzi faktorlar buna işarə edir və bununla yanaşı olaraq məşhur insayderlərdən biri də bu məlumatı təsdiqləyib. Bir neçə müddət bundan öncə Nothing şirkəti Qualcomm ilə əməkdaşlıq müqaviləsi bağladı. Şirkətin ilk smartfon modelinin təqdimatı barəsində məlumatlar da bu əməkdaşlıq xəbərinin fonunda ortaya çıxıblar. İki şirkət arasındakı əməkdaşlıq çərçivəsində yeni cihazların istehsalı nəzərdə tutulub. Bundan əlavə olaraq keçən il Nothing şirkəti Essential ticarət nişanını əldə etmişdi.
        Qeyd etmək lazımdır ki, Android-in yaradıcısı olan Andy Rubin məhz Essential brendi altında Essential Phone adlı smartfonu təqdim etmişdi. Lakin sözügedən smartfonun satışları uğurlu olmadığı üçün Essential şirkəti nəticədə bağlandı. Nothing şirkətinin öz ilk smartfon modelini təqdim edəcəyini həmçinin məşhur hindistanlı insayder Mukul Sharma da təsdiqləyib. Onun sözlərinə əsasən Nothing smartfonu gələn ilin əvvəlində təqdim olunacaq. Şirkətin ilk smartfonu barəsində məlumatlar yoxdur. Sadəcə güman etmək olar ki, o, Qualcomm-un Snapdraogn prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Nothing brendinin hələ ki, yeganə məhsulu Ear (1) adlı naqilsiz qulaqlıqdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər