main-post-cover

    OnePlus 9 smartfonunun real fotosu ortaya çıxıb

    Cihazlar+
    28.12.2020
    Farid Pardashunas
        OnePlus 9-un təqdimatından öncə insayderlər onun fotolarını və texniki özəllikləri barəsində məlumatları paylaşmağa başlayıblar. Yeni məlumat sızıntısında isə OnePlus 9-un real fotosu əks olunub. Bu barədə 4pda saytı xəbər verib. Maraqlısı ondadır ki, smartfonun test versiyası həmçinin eBay-da satışa çıxarılıb. Satıcı onun qiymətini 3000$ təyin edib. Ortaya çıxmış fotodan da görmək olar ki, OnePlus 9 modeli şaquli vəziyyətdə yerləşdirilmiş üçlü arxa kamera ilə təchiz olunacaq.
        Maraqlı fakt ondan ibarətdir ki, smartfonun arxa panelinin aşağı hissəsində identifikasiya nömrəsi mövcuddur. Bu isə o deməkdir ki, təqdim edilmiş fotodakı OnePlus 9 modeli həqiqətən də test versiyadır. Həmçinin məlumatda qeyd edilib ki, smartfon 8 GB RAM, 128 GB daxili yaddaş həcmi ilə təchiz olunub və OxygenOS 11 interfeysinə sahibdir. Əvvəlki məlumat sızıntılarından məlumdur ki, OnePlus 9 smartfonu Snapdragon 888 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 65 vatt gücündə sürətli naqilli və 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləməlidir. OnePlus 9 seriyasının gələn ilin mart ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər