main-post-cover

    OnePlus 8T-nin render fotosu aşkar edilib

    Cihazlar+
    01.09.2020
    Farid Pardashunas
        OnePlus 8-in davamçısı ənənəyə sadiq qalaraq OnePlus 8T olmalıdır. Sözügedən smartfonun təqdimatı hələ baş tutmasa da insayderlər onun press render fotosunu aşkar etməyi bacarıblar. OnePlus şirkəti yeni smartfonun fotosunu Android 11 əsaslı OxygenOS istifadəçi interfeysinin kodunda gizlədib. Bu barədə The Verge saytı xəbər verib. İnsayderlər OxygenOS-in kodunda bir neçə fayl aşkar ediblər. Həmin faylların arasında marağı ən çox cəlb edən isə OnePlus_8T.webp adlı fayl olub.
        Sözügedən faylı açaraq insayderlər OnePlus 8T-in fotosunu aşkar ediblər. Aşkar edilmiş fotoda OnePlus 8T-nin ön paneli əks olunub. Fotodan da görmək olar ki, smartfonun ön paneli OnePlus 8 və OnePlus 8 Pro modellərinin ön panellərinə bənzəyir. Nəzərə alsaq ki, OnePlus şirkəti adətən OnePlus T seriyasını oktyabr-noyabr aylarında təqdim edir, burdan da belə qənaətə gəlmək olar ki, aşkar edilmiş fotodakı smartfon həqiqətən də OnePlus 8T-dir. OnePlus 8T-nin təqdimatı barəsində şirkət hələ heç bir məlumat verməyib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər