main-post-cover

    OnePlus 8T-nin dizaynı şirkət tərəfindən təqdim edilib (VİDEO)

    Cihazlar+
    10.10.2020
    Farid Pardashunas
        Növbəti məlumat sızıntısını və təqdimat tədbirini gözləmədən OnePlus şirkəti OnePlus 8T smartfon modelinin dizaynını sərgiləyib. Şirkətin Youtube kanalında təqdim edilmiş videoda smartfonun arxa panelinin dizaynı əks olunub. Videodan da görmək olar ki, arxa panel dizaynı daha öncədən ortaya çıxmış qeyri rəsmi render fotolarındakı dizayndan tamamilə fərqlənir.
        Bu barədə Androidauthority saytı xəbər verib. Təqdim edilmiş videodan belə qənaətə gəlmək olar ki, OnePlus 8T-nin arxa panelindəki düzbucaq formalı kamera sahəsi OnePlus-ın bu il təqdim edilmiş digər smartfonların arxa kamera dizaynlarından fərqlənir. OnePlus 8T dördlü arxa kameraya sahibdir və onlardan ən əsası 48 MP-likdir. Bununla yanaşı kamera sahəsinin daxilində iki ədəd işıqlandırma sistemi quraşdırılıb. Qeyd etmək lazımdır ki, OnePlus 8T-nin təqdimatı 14 oktyabr tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər