main-post-cover

    OnePlus 11 Pro flaqman smartfonunun ilk render fotoları təqdim edilib

    Cihazlar+
    12.09.2022
    Farid Pardashunas
        OnLeaks ləqəbli məşhur insayder OnePlus 11 Pro flaqman smartfon modelinin ilk render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, OnePlus şirkəti öz ənənəvi dizaynını qoruyub saxlayacaq. Bununla belə bəzi dəyişikliklər də olacaq. OnePlus 10 Pro modelində olduğu kimi OnePlus 11 Pro-da da arxa kamera sahəsi vizual olaraq kənar hissəyə bitişik olacaq. Kamera sahəsinin forması isə kvadratdan dairəvi formaya dəyişəcək. Kamera obyektivlərinin sayı dəyişilməz olaraq qalacaq. Belə ki, sartfon üçlü arxa kamera ilə təchiz olunacaq.
        Fotolardan OnePlus şirkətinin periskop kamera obyektivinə keçid edəcəyi görünmür. Buna görə də OnePlus 11 Pro-da keyfiyyətli optik zoom özəlliyini gözləmək lazım deyil. Bununla yanaşı qeyd etmək lazımdır ki, smartfonun gövdəsi özündə səssiz rejimə keçid düyməsini birləşdirir. Hələ bir neçə müddət bundan öncə təqdim edilmiş OnePlus 10T smartfonunda sözügedən düymə mövcud deyildi.
        Render fotolardan görmək olar ki, OnePlus 11 Pro ekranının kənar hissələri bir qədər əyilmiş olacaq, ön kamera isə ekranın yuxarı sol hissəsində yerləşəcək. Smartfonun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, smartfon noyabr ayında təqdim ediləcək Snapdragon 8 Gen 2 flaqman prosessoru ilə təchiz olunacaq. OnePlus 11 Pro-nun gələn ilin əvvəlində satışa çıxacağı gözlənilir. Heç istisna deyil ki, şirkət smartfonu bu ilin sonuna kimi də təqdim etsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər